ABŞ Avropa Komissiyasının Rusiya neftinin qiymət tavanının aşağı salınması təklifini dəstəkləməkdən imtina edib.
Bu barədə Bloomberg xəbər agentliyi Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, ABŞ-ın G7-dəki müttəfiqləri təşkilatın Kanadada keçiriləcək sammitində yeni qiymət tavanı ilə bağlı razılığa gəlməyi gözləyirdilər. Lakin Vaşinqton bu addıma qarşı çıxıb. Bloomberg mənbələri qeyd edir ki, Aİ və Böyük Britaniya məhdudiyyəti təkbaşına tətbiq etməyə cəhd edə bilər, lakin ABŞ-ın dəstəyi olmadan bu, daha az effektiv olacaq.