ADPU-nun tələbəsinin ölüm səbəbi məlum oldubackend

Cəlilabadda dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulmuş gənc qız vəfat edib.

“Report” xəbər verir ki, rayonun Sabirabad kənd sakini bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

TƏBİB-dən verilən məlumata görə 2023-cü il dekabrın 30-da rayonun Sabirabad kənd sakini 31.10.2002-ci il təvəllüdlü (cinsi qadın) vətəndaş Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə ağır vəziyyətdə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub.

“Pasiyentə zəruri tibbi yardım göstərilsə də, həkimlərin səylərinə baxmayaraq yanvarın 4-də saat 10:30 radələrində vəfat edib”, – deyə məlumatda bildirilib.

Bundan əvvəl onun qızılca xəstəliyindən dünyasını dəyişdiyi bildirilirdi.