Amerikalı boksçu Corc Forman vəfat edibbackend

Əfsanəvi boksçu Corc Forman ABŞ-da dünyasını dəyişib. Bu barədə TMZ idmançının ailəsinə istinadən məlumat yayıb.

Tabloidin məlumatına görə, boksçu martın 21-də 76 yaşında, yaxınlarının əhatəsində dünyasını dəyişib. Onun yaxınları hələlik ölüm səbəbini açıqlamayıb.

“Müqəddəs təbliğatçı, sədaqətli həyat yoldaşı, mehriban ata və qürurlu baba, o, sarsılmaz inam, təvazökarlıq və qətiyyətlə seçilən bir həyat yaşadı”, – boksçunun ailəsi bildirib.