Avropa İttifaqı 2025-ci ilin birinci rübündə Rusiyadan LNG və boru kəməri qazının alışını 28% artırıb.
Bu barədə TASS Eurostat məlumatlarına istinadən xəbər verir.
Qeyd olunur ki, Rusiya Aİ-yə idxal olunan qazın ümumi dəyərində payına görə ABŞ-dan sonra ikinci yeri tutub. Eyni zamanda, mart ayında Birlik 1999-cu ildən bəri Rusiya qazı üçün ən aşağı məbləği ödəyib.
Bundan əlavə, Eurostat məlumatlarına görə, Fransa son 2,5 ildə maksimum LNG ödəyib və mart ayında İtaliya 2008-ci ildən bəri ilk dəfə Rusiya boru kəməri qazını almayıb.