Azərbaycan Premyer Liqasında yeni mövsümə start veriləcək tarix bəlli olubbackend

Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümünün start tarixi müəyyənləşib.

İctimai.az Peşəkar Futbol Liqasının (PFL) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, qurumun qərarına əsasən, yeni mövsüm avqustun 15-də başlayacaq.

Qeyd edək ki, 2024/25 mövsümü may ayının 25-də başa çatıb. Mövsümü “Qarabağ” birinci, “Zirə” ikinci, “Araz-Naxçıvan” isə üçüncü yerdə başa vurub.