Azərbaycanda ilk Milli Konstitusiyanın təşəbbüskarı – Ümummilli lider Heydər Əliyevdir!backend

12 noyabr Azərbaycanda artıq 27 ildir  konstitusiya günü kimi qeyd olunur. Azərbaycan dövlətinin birinci Konstitusiyası 1921-ci il mayın 19-da I ÜmumAzərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olsa da müəyyən özünəməxsusluğa malik idi. şübhəsiz ki, illər boyu Sovet imperiyasının tərkibində yaşayan xalqımızın haqqları müdafiə edilmirdi.

Azərbaycan Respublikası müstəqilliyini 18 oktyabr 1991-ci il Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı ilə bəyan etsə də, faktiki olaraq, sənəd o dövr üçün qəbul edilən İstiqlal Bəyannaməsindən fərqlənmirdi. Belə ki, hər iki sənəd müstəqilliyi bəyan edir, lakin müstəqilliyin təminatı və möhkəmləndirilməsi ilə əlaqədar heç bir baza formalaşdırmırdı. Lakin, Ulu Öndər Heydər Əliyevin ərsəyə gətirdiyi yeni Konstitusiya layihəsi üzərində ciddi iş aparıldı. 1994-cu ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Buna görə də hər bir vətəndaşı öz hüquqlarını, haqlarını bilməsi üçün konstitusiyanın qanunlarını bilməlidir. Rəsmi olaraq 1996-cı il fevralın 6-da Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü elan edilib.

Bizim konstitutsiyamız “soft” konstitutsiya hesab edildiyindən son 27 ildə müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda konstitusiyaya üç dəfə-24 avqust 2002-ci ildə, 18 mart 2009-cu ildə və 26 iyun 2016-cı idə əlavə və dəyişikliklər edilib. Birinci ümumixalq səs verməsində 2002-ci il avqustun 24-də əhalinin böyük əksəriyyəti  referendum aktına səs verərək Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkədə aparılan hüquqi islahatları dəstəklədiyini bildirmişlər. Konstitusiyanın müəyyən maddələrinə edilmiş əlavə və dəyişikliklərə əsasən vətəndaşlara Ombudsmana, Konstitusiya məhkəməsinə müraciət etmək hüququ təmin edilmiş, həmçinin Milli Məclisin səlahiyyətləri dəqiqləşdirilərək ona Ombudsmanın seçilməsi, Apelyasiya Məhkəməsinə hakimlərin təyin olunması hüququ verilmişdir. 2009-cu ildə Yeni Azərbaycan Partiyasının Azərbaycan Respublikasının Konstitusiyasının 29 maddəsinə əlavə və dəyişikliklər edilməsi ilə bağlı təşəbbüsü yüksək dəyərləndirilərək, həmin ilin martın 18-də keçirilən referendumda vətəndaşların böyük əksəriyyəti tərəfindən dəstəklənmişdir.  26 sentyabr 2016-cı il – Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər  nəticəsində 23 maddəyə dəyişiklik edilmişdir.

Abbas Pənahov

YAP Nəsimi rayon təşkilatının sədr müavini