Azərbaycanda təşkil olunacaq dünya çempionatının püşkatma mərasimi keçiriləcəkbackend

Azərbaycanda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi keçiriləcək.

İctimai.az xəbər verir ki, mərasim martın 11-də baş tutacaq.

Bakıda təşkil olunacaq tədbirdən əvvəl 32 komanda dörd səbətə bölünüb.

Mundialın əsas favoritlərindən sayılan Azərbaycan millisi birinci səbətdə yer alıb:

1-ci səbət: Rumıniya, Qazaxıstan, Serbiya, Macarıstan, Meksika, Çexiya, Slovakiya, Azərbaycan;

2-ci səbət: Bolqarıstan, Monteneqro, ABŞ, Fransa, Ukrayna, Gürcüstan, Mavritaniya, Qana;

3-cü səbət: İngiltərə, Portuqaliya, Bosniya və Herseqovina, Tailand, BƏƏ, Çad, İspaniya, Sloveniya;

4-cü səbət: Polşa, Hindistan, Türkiyə, Kosta-Rika, İsrail, Bəhreyn, Özbəkistan, Argentina.

Qeyd edək ki, püşkatma mərasiminin məkanı və başlama saatı hələ dəqiqləşməyib.