Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyevin (65 kq) gözünə mikrob düşüb, üzü şişib.
İctimai.az xəbər verir ki, bu barədə güləşçi “Instagram” səhifəsində paylaşım edib.
Hazırda özünü normal hiss etdiyini bildirən güləşçi vurğulayıb ki, Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin 1/8 finalında fransalı rəqibim Həmzət Arsamerzoyevlə görüşəndə gözüm partladı:
“Həmin an həkimlər tikiş qoysalar da, mübarizəni sonadək davam etdirdim. Buna görə də, gözümə mikrob düşüb. İnfeksiya nəticəsində də bütün üzüm şişib. Həkimlərin nəzarəti altında ev şəraitində müalicə alıram. Onlar bildirdilər ki, bu hal üç-dörd gün ərzində keçəcək”.
Qeyd edək ki, Hacı Əliyev (65 kq) Avropa Olimpiya Təsnifat Turnirində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.