Bakıda dəhşətli qəzabackend

Bakının Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

İctimai.az xəbər verir ki, hadisə Lökbatan qəsəbəsi yaxınlığında qeydə alınıb.

Belə ki, VAZ-2107 markalı avtomobil ilə TIR toqquşub.

Qəza nəticəsində iki nəfər ölüb, iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əraziyə Təcili Tibbi Yardım briqadası və DYP əməkdaşları cəlb ediliblər.

Ölən və yaralananların şəxsiyyətləri dəqiqləşdirilir.