Bir gündə humanitar yardım daşıyan 216 yük maşını Qəzza zolağına daxil olubbackend

Ötən gün humanitar yardım daşıyan 216 yük maşını Qəzza zolağına daxil olub.

TASS xəbər verir ki, bu barədə İsrail hökumətinin Fələstin Ərazilərindəki Fəaliyyətlərinin Əlaqələndirilməsi Ofisinin (COGAT) məlumatlarına istinadən məlumat yayıb.

Yük maşınları qida və tibbi avadanlıq, o cümlədən poliomielit peyvəndi daşıyırdı. Kərəm Şalom keçid məntəqəsindən 165, Erez keçid məntəqəsindən 51 avtomobil keçib.

Humanitar təşkilatlar İsraili Qəzza əhalisinin humanitar yardıma çıxışını qəsdən məhdudlaşdırmaqda ittiham edir. Belə ki, avqustun 24-də İsrail hökumətinin ayın əvvəlindən Qəzza zolağında 425 humanitar missiyadan 125-nə çıxışa icazə vermədiyi bildirilib. Eyni zamanda, bu sahədə ərzaq, dərman, su təmizləyici məhsullar çatışmazlığı var.