Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Londonun “Çelsi” klubunun satışından əldə edilən dondurulmuş 2,3 milyard funt-sterlinqi Ukraynaya göndərməyi planlaşdırdığını bildirib, “The Financial Times” yazır.
“Doğrudur – pulu paylamaq lazımdır, ondan istifadə etmək lazımdır”, – Lemmi deyib.
Lemmi onu da qeyd edib ki, o, məhkəmə yolu ilə getmək istəmir, çünki bu, çox vaxt aparır, lakin bu variant da müzakirə olunur.
Roman Abramoviç 2003-cü ildə “Çelsi”ni 140 milyon funt-sterlinqə alıb. O vaxtdan bəri London klubu beş dəfə İngiltərə Premyer Liqasının (APL), iki dəfə Çempionlar Liqasının və Avropa Liqasının, beş dəfə İngiltərə Kubokunun və üç dəfə İngiltərə Liqa Kubokunun qalibi olub. 2022-ci ilin mayında o, klubu sanksiyalara görə satıb.