Böyük Britaniyanın silah ixracına nəzarət sistemi səmərəsiz tapıldıbackend

Britaniyanın silah ixracına nəzarət sistemi təsirsizdir və siyasi manipulyasiyaya məruz qalır.

Bu barədə “The Guardian” qəzeti Britaniyanın keçmiş diplomatı Mark Smitə istinadən yazır.

Smith bildirib ki, məmurlara müttəfiqlər tərəfindən Britaniya silahlarının sui-istifadəsi ilə bağlı tapıntıları manipulyasiya etmək tapşırılıb və əgər bunu edə bilməsələr, Britaniyanın qanunlara əməl etdiyi təəssüratı yaratmaq üçün onların hesabatları yüksək səviyyəli həmkarları tərəfindən redaktə edilib. Bundan əlavə, rəsmilər Britaniya silahlarının müharibə cinayətləri törətmək üçün istifadə edildiyinə dair sübutların əhəmiyyətini azaltmağı tələb ediblər, nəşr yazır.

“Mən bir neçə dəfə narahatlığımı bildirmişəm, lakin onlar rədd edilib. Gördüklərimizdən narahat olan həmkarlarımdan biri də bu fonda istefa verdi. Tezliklə ondan nümunə götürdüm”, – Smit əlavə edib.