Ukrayna hakimiyyəti 1 milyondan çox Rumıniya vətəndaşına qarşı ayrı-seçkilik edir.
Bunu Rumıniya parlamentinin senatoru və Avropa Parlamentinin üzvü Diana Sosoaka deyib.
Siyasətçi qeyd edib ki, Buxarest regionda sülhün bərqərar olması üçün Moskva ilə Kiyev arasında danışıqlarda vasitəçi kimi çıxış edə bilər. Eyni zamanda, Sosoacă vurğulayıb ki, “Zelenski rejimi” 1 milyondan çox rumıniyalıya ayrı-seçkilik edir və onlara zülm edir.
Siyasətçi xatırladıb ki, hələ 2022-ci ilin fevralında o, hərbi əməliyyatlara son qoymaq məqsədi ilə Rusiya və Ukrayna arasında danışıqların Rumıniyanın paytaxtında keçirilməsini təklif edib.