Çempionlar Liqasının pley-off mərhələsinin təqvimi açıqlanıbbackend

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Çempionlar Liqasının pley-off mərhələsinin – 1/16 final mərhələsinin oyunlarının təqvimini açıqlayıb.

İlk döyüşlər fevralın 11-də baş tutacaq. İlk slot Brest və PSJ arasında olacaq, qarşılaşma saat 21:45-də başlayacaq.Saat 23:55-da start fitinin səslənəcəyi ikinci slotda “Yuventus” PSV, “Mançester Siti” “Real Madrid”, “Sportinq” isə “Borussiya” ilə qarşılaşacaq.

Ertəsi gün saat 21:45-də “Brügge” – “Atalanta” matçı başlayacaq, saat 23:55-da “Monako” “Benfika”, “Seltik” “Bavariya”, “Feyenoord” isə “Milan”la qarşılaşacaq.

İlk cavab görüşləri fevralın 18-də baş tutacaq. “Milan” – “Feyenoord” (21:45), “Atalanta” – “Brügge” (23:55), “Bavariya” – “Seltik” (23:55), “Benfika” – “Monako” (23:55). Qalan cütlər 19-da oynayacaq: “Borussiya” – “Sportinq” ( 21:45), PSJ – Brest (23:55), PSV – “Yuventus” (23:55), “Real” – “Mançester Siti” (23:55).