Aktyorlar Cennifer Lopez və Ben Afflek rəsmən boşanıblar.
Bu barədə People məhkəmə sənədlərinə istinadən məlumat verir.
Məhkəmənin qərarı Lopezin avqustun 20-də boşanmaq üçün ərizə verdikdən təxminən 20 həftə sonra verilib.
Milli.Az TMZ-yə istinadən bildirir ki, sənətçilər boşanma ilə bağlı maliyyə məsələlərində razılığa gəliblər – hər biri nikah zamanı fərdi olaraq əldə etdikləri ilə qalır. Afflek Artists Equity prodüser şirkətindəki payını saxladı. Keçmiş həyat yoldaşları da ümumi evlə bağlı fikir ayrılıqlarını həll etdilər. Müqavilənin şərtləri məxfidir. Nəşr əmlakın satışa çıxarıldığına aydınlıq gətirib.