Cənubi Afrika Respublikasında Şərqi Keyp əyaləti üzərində böyük bir meteorit atmosferə daxil olub və havada parçalanıb. Yohannesburqdakı Vits Universitetinin saytında verilən məlumata görə, hadisə avqustun 25-də səhər saatlarında baş verib.
Əvvəlcə müşahidəçilər Sent-Fransisk körfəzi üzərindəki səmada parlaq bir zolağı düşən kosmik tullantılarla səhv saldılar.
Bununla belə ekspertlər bu qənaətə gəliblər ki, obyekt avtomobil ölçüsündə qayalıq asteroiddir. O, çox yüksək sürətlə hərəkət etdi və atmosferlə sürtünmə nəticəsində parçalara ayrıldı.
Mənbə: Qazeta.Ru