Çin Belarus və Braziliyadan sonra Rusiyaya ət tədarükündə ilk üçlüyə daxil olub.
RİA Novosti bu barədə BMT-nin ticarət platformasının məlumatlarına istinadən xəbər verir.
Qeyd olunur ki, 2025-ci ilin birinci rübünün yekunlarına görə, Rusiya xaricdən 2,2 milyard dollar məbləğində ət və ət məhsulları idxal edib. Bu həcmdən Belarus 56,5% (1,3 milyard dollar) payla inamla birinci yeri tutur. İkinci yerdə Braziliya, üçüncü yerdə Rusiyaya ət tədarükünü dörd dəfədən çox artıran Çin gəlir.
Paraqvay, İsveçrə, Argentina, Qazaxıstan, Uruqvay və Hindistan da Rusiyaya ət verir.