Demi Murun iti 14 min dollarlıq çantada çəkilibbackend

Hollivud aktrisası Demi Murun çihuahuası “Vogue” jurnalının ulduzların itlərinə həsr olunmuş və Dogue adlanan xüsusi buraxılışının üz qabığına çıxıb. Nəşr fotonu İnstaqramda dərc edib.

Üz qabığında Plov yaxalıq əvəzinə brilyant bilərzik taxaraq təsvir edilib. Başqa bir fotoşəkildə it təxminən 14 min dollara başa gələn qəhvəyi Hermes Birkin çantasında oturmuşdu. Fotonun müəllifi fotoqraf Rayan Louri olub.

Jurnal Sidney Svini, Billi Eyliş, Siara, Mariah Keri, Tom Braun və digər məşhurların itlərinin şəkillərini də dərc edib.

Mənbə: Haberler.com