Dövlət Neft Fondu dollar satışını iki dəfə azaltdıbackend

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta hərraclarında satılan vəsaitin həcmi açıqlanıb.

Dövlət Neft Fondundan verilən məlumata əsasən, 2021-ci ilin may ayı ərzində 312,7 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Bu məbləğ əvvəlki ayla (2021-ci ilin aprel) müqayisədə 197,2 milyon ABŞ dolları qədər və ya 38,7 faiz, 2020-ci ilin may ayı ilə müqayisədə 21,3 milyon ABŞ dolları qədər və ya 6,4 faiz az olub.

İlin ilk beş ayı ərzində ARDNF tərəfindən ümumilikdə 1 milyard 904,8 milyon ABŞ dolları həcmində vəsait satılıb. Bu ötən ilin yanvar-may ayları ilə müqayisədə 1 milyard 732,2 milyon ABŞ dolları qədər və ya 1,9 dəfə azdır.

Qeyd edək ki, Dövlət Neft Fondu tərəfindən 2021-ci ilin aprel ayında 509,9 milyon ABŞ dolları, 2020-ci ilin may ayı ərzində 334 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

2020-ci ilin ilin yanvar-may ayları ərzində Neft Fondu tərəfindən satılan ümumi vəsaitlərin həcmi 3 milyard 637 milyon ABŞ dolları olub.