DTX-nin saxladığı iddia olunan nazir müavini açıqlama verdibackend

DTX-nin Mədəniyyət Nazirliyində keçirdiyi antikorrupsiya əməliyyatında saxlanıldığı və sonradan sərbəst buraxıldığı iddia olunan nazir müavini Elnur Əliyev Gununsesi.info-ya qısa açıqlama verib.

Telefonla verdiyi açıqlamasında Elnur Əliyev: “Mən hazırda evimdəyəm. İndi elə bir vəziyyətdir ki, nəsə deyə bilmərəm. Yəqin ki, yaxın zamanlarda hər şey aydınlaşar, sizin də bundan məlumatınız olar”, – deyə bildirib.

Qeyd edək ki, Elnur Əliyev noyabrın 3-də Prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad olunub.