İtaliya “Roma”sının və Almaniya millisinin müdafiəçisi Mats Hummels sosial şəbəkələrdə cari mövsümün sonunda karyerasını başa vuracağını açıqlayıb.
“Son. Nə səyahətdir! “Təşəkkür edirəm” deyə Hummels yazıb. 36 yaşlı futbolçu karyerası ərzində “Borussiya”, “Bavariya” və “Roma”da çıxış edib. O, Dortmund komandasının heyətində əksər matçlarda çıxış edib. “Sarı-qaralar”ın heyətində 508 matçda 38 qol vurub, 23 məhsuldar ötürmə edib.