Ed Sheeran Nyu-Yorkda ayda 36 min dollara penthaus icarəyə götürürbackend

Britaniyalı ifaçı Ed Şiran Bruklin şəhərinin ən prestijli ərazilərindən birində sonuncu mərtəbədə dəbdəbəli mənzil kirayələyib.

Bu barədə The New York Post yazır.

Aylıq kirayəsi 36 min dollar olan üç mərtəbəli penthaus Bruklin Heightsdakı yeni Pierhaus binasında yerləşir. Yanvar ayında mənzil kirayə saytında yerləşdirilib. Onun aylıq kirayə haqqı o vaxtlar ərazidə ən baha idi. Şiran fevralın sonunda müqavilə imzalayıb.

Aktyorlar Mett Deymon və Emi Şumer də yeni yaşayış kompleksində yaşayırlar.

Sheeran’ın mənzilində dörd yataq otağı və açıq havada yemək sahəsi və qril ilə özəl dam terrası var. Mansardın ümumi sahəsi 300 kv.m.