Əfqan qaçqınlara Britaniyada sığınacaq verilməyəcəkbackend

Əfqan qaçqınlara Böyük Britaniyada sığınacaq verilməyəcək.

Bu barədə Britaniyanın “Teleqraf” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Britaniya hakimiyyəti əfqan qaçqınların məskunlaşma ilə bağlı müraciətlərini rədd etmək niyyətindədir. Söhbət Pakistan hakimiyyəti ilə Əfqanıstanda Taliban hökuməti arasında münaqişə səbəbindən təqib olunduğu Pakistanı tərk etmək istəyən insanlardan gedir.

2024-cü ilin sonunda Əfqanıstan və Pakistan sərhədində döyüşlər başlayıb. Əfqanıstan Müdafiə Nazirliyi ölkə ordusunun “düşmən qüvvələrin və onların havadarlarının mərkəzlərinə və sığınacaqlarına” hücum etdiyini bildirib. Həmçinin vurğulanıb ki, zərbələr Pakistanla sərhəddən kənarda da endirilib.