Ərdoğanın cədvəlində İstanbulda görüşlər nəzərdə tutulmayıbbackend

RİA Novosti xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 15-nə təyin etdiyi proqrama həmin gün üç ildən sonra ilk dəfə birbaşa danışıqlar üçün İstanbulda görüşəcək Rusiya və Ukrayna nümayəndə heyətləri ilə görüş nəzərdə tutulmayıb.

Bildirilir ki, cümə axşamı, mayın 15-də Ərdoğan Ankarada bir sıra tədbirlərə qatılacaq. Belə ki, o, Ukrayna prezidenti Vladimir Zelenskini iqamətgahında qəbul edəcək, daha sonra hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) konqres mərkəzində və Türkiyə Ticarət və Sənaye Palataları Birliyində (TOBB) tədbirlərə qatılacaq.

Bundan əvvəl ABŞ prezidenti Donald Trampın Rusiya və Ukrayna arasında danışıqlarda iştirak etmək üçün Türkiyəyə getməyəcəyi barədə məlumat yayılmışdı.