Estoniya Müdafiə Nazirliyinin rəhbəri Hanno Pevkur gəmilərdən Baltik dənizindən keçmək üçün pul tələb etməyi təklif edib.
O, bu barədə Reuters agentliyinə müsahibəsində bildirib.
“Ola bilsin ki, bir gün biz şirkətlərin Danimarka boğazlarından keçərkən pul ödəyəcəyini görəcəyik, çünki bu, mahiyyət etibarı ilə kabellərin zədələnməsi halında sığorta haqqıdır”, – nazir bildirib.
Onun sözlərinə görə, kabellərdə qəzaların qarşısını almaq üçün yaxın vaxtlarda akvatoriyada lövbərləri aşkar edən xüsusi sensorlar, o cümlədən infrastrukturun mühafizəsi üçün hasarlar quraşdırıla bilər.