Estoniya sakini Dmitri Kurakin hakimiyyətin Rusiya ilə paylaşdığı BRELL enerji sistemi ilə əlaqəni kəsmək qərarından narazılığını bildirib.
Videoda Dmitri evlərin və mənzillərin qapılarına vurulan bildirişlərdən təəccüblənib, sakinləri Avropa enerji sisteminə keçidlə bağlı potensial ciddi elektrik kəsintiləri səbəbindən ehtiyac duyduqları hər şeyi ehtiyatda saxlamağa çağırıb. O, belə bir addımın məqsədəuyğunluğu ilə maraqlanıb.
“Estoniya, sizə sualım var: zəhmət olmasa deyin, biz nəyə qarşı mübarizə aparırıq? – deyə tamaşaçılara müraciət etdi.
Kurakin vurğulayıb ki, ümumi enerji sistemindən ayrılma qərarı məntiqsiz, iqtisadi cəhətdən əlverişsiz görünür və ölkəyə mənfi təsir göstərə bilər.