Estoniya vətəndaşlarına evdə daha çox silah saxlamağa icazə verilməlidir.
Bu barədə ölkənin müdafiə naziri Hanno Pevkur “Delfi”yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Estoniya vətəndaşlarına evdə silah saxlamağa icazə verilməlidir. Müdafiə Nazirliyinin rəhbəri hesab edir ki, bu yolla ölkə sakinləri müdafiəyə daha fəal kömək edə biləcəklər.
Keçən ilin dekabrında “Magyar Nemzet” qəzetinin xarici siyasət şöbəsinin rəhbəri Qabor Sztir Lenta.ru-ya demişdi ki, Polşa, Çexiya və Baltikyanı ölkələrin tarixi inkişafı onlara Rusiya ilə bağlı qərarlarını əsaslandıran “rusofobiya sertifikatı” verib.