ABŞ-da Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris hakimiyyətə gələrsə, amerikalı sahibkar Elon Mask Ağ Ev tərəfindən senzuraya məruz qalan ilk şəxs ola bilər.
Bu barədə Rusiya Federasiya Şurasının İnformasiya Siyasəti Komissiyasının rəhbəri Aleksey Puşkov öz Telegram kanalında bildirib.
“Harris artıq bəyan edib ki, hakimiyyətə gələrsə, “dezinformasiya və nifrət çağırışlarına” senzura verəcək”, – senator qeyd edib.
Puşkovun sözlərinə görə, “prezident olarsa, senzura edəcəyi ilk şəxs Musk olacaq”, çünki demokratlar amerikalı sahibkara məxsus X sosial şəbəkəsinə (keçmiş Twitter) “nifrət edirlər”.
Bundan əvvəl Mask ABŞ-ın vitse-prezidenti Kamala Harrisin prezident seçkilərində namizəd kimi irəli sürülməsini tənqid edib.