Baltik dənizində bir neçə kabelin zədələnməsi yəqin ki, təsadüfi deyil.
Bunu Finlandiyanın xarici işlər naziri Elina Valtonen Britaniyanın “The Times” qəzetinə müsahibəsində deyib.
“Hələ istintaq mərhələsindəyik. Ona görə də heç bir mühakimə yürütə bilmərik”, o qeyd edib.
Eyni zamanda, Valtonen bütün hadisələrin təsadüfən baş verməsinin “çox çətin” olduğunu vurğuladı.