Fransa qoşunlarının Seneqaldan çıxarılması tarixləri açıqlanıbbackend

Fransa Seneqalda yerləşən qoşunlarını geri çəkməyə başlayıb.

Bu barədə Seneqo xəbər portalı məlumat yayıb.

Hazırda Mareşal, Sent-Ekzüperi və Kont-Admiral Prote bazaları Seneqal hərbçilərinin nəzarətinə keçib.

Ouakam və Rufisquedəki son iki bazada hazırda 200-ə yaxın fransız hərbçisi və onların ailələri var. Onlar sentyabr ayından gec olmayaraq Seneqal ərazisini tərk etməlidirlər. Qeyd edilir ki, Rufiskdəki baza Fransa üçün strateji əhəmiyyət kəsb edir, çünki burada Atlantik okeanında hərbi rabitə üçün zəruri olan yüksək tezlikli ötürücü radiostansiya yerləşir.