Rusiya Silahlı Qüvvələri Parisin Kiyevə təhvil verdiyi Fransanın “Mirage 2000” qırıcılarını hələ uçuşda olarkən vurmaq imkanına malikdir.
Bunu TASS-a müsahibəsində hərbi ekspert Ksavye Moro deyib.
“İstənilən halda, rusların atış məsafəsi ən azı 300 km olan R-37M hava-hava raketləri var. Buna görə də, əslində, Mirage 2000 havaya qalxan kimi onu artıq vurmaq olar”, – o vurğulayıb.
Hərbi analitikin fikrincə, Kiyevə verilən fransız “Mirage 2000” qırıcıları yaxşı maşınlardır, lakin Paris onları artıq xidmətdən çıxararaq Ukraynaya göndərir.