Füzulidə Mədəniyyət Evi yanırbackend

Füzulidə Mədəniyyət Evi yanır.

“Report” xəbər verir ki, yanğın axşam saatlarında rayonun Zobcuq qəsəbəsində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən briqadası cəlb edilib. Hazırda yanğının söndürülməsinə çalışılır.

Qeyd edək ki, ümumi sahəsi 500 kvadratmetr olan Mədəniyyət Evində klub icma mərkəzi və Füzuli Mərkəzləşmiş Kitabxana Sisteminin filialı fəaliyyət göstərir.

Yanğının səbəbləri ekspertizanın nəticələrindən sonra məlum olacaq.