ABŞ prezidenti Donald Trampın Qəzza zolağına nəzarətlə bağlı açıqlamaları gülünc və absurddur.
Bunu “Reuters” agentliyinə müsahibəsində Fələstinin HƏMAS hərəkatının rəsmi nümayəndəsi Sami Əbu Zuhri deyib.
“Trampın Qəzzəyə nəzarət etmək istəyi ilə bağlı açıqlamaları gülünc və absurddur və bu tipli hər hansı fikirlər regionu qızışdırmağa qadirdir”, o vurğulayıb.
Fevralın 5-də Tramp fələstinliləri oradan qonşu ölkələrə köçürdükdən sonra Qəzza zolağına nəzarəti ələ keçirməyi planlaşdırdığını açıqlayıb. İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında o, ABŞ-ın regionun yenidən qurulması və iş yerlərinin yaradılması, həmçinin partlamamış hərbi sursat və digər silahlardan yaranan təhlükənin aradan qaldırılması üçün məsuliyyət daşıyacağını vəd edib.















