İspaniyanın “Barselona” klubunun qadınlardan ibarət komandası ölkə Superkuboku uğrunda görüşdə Madrid “Real”ını məğlub edib.
Leqanesdəki “Butarque City Stadium”da keçirilən görüş 5:0 hesabı ilə başa çatıb. Norveçli Karolin Hansen, ispan Patricia Guijarro və Alexia Putellas Los Blancos-a qarşı hərəyə bir qol, Eva Pajor isə iki dəfə fərqlənib.
Bundan öncə, yanvarın 13-də “Barselona”nın kişilərdən ibarət komandası Superkubok finalında “Real Madrid”i 5:2 hesabı ilə məğlub edib.