İsrailin Suriyaya zərbə endirməsinin mümkün hədəfinin adı açıqlanıbbackend

İsrailin Suriya ərazisinə mümkün raket zərbəsi zamanı İranın bu ölkədəki obyektləri, o cümlədən raket istehsalı bazası vurula bilər.

Bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

Nəşr izah edib ki, Həmanın qərbində yerləşən Masyaf bölgəsi İran qüvvələri və iranpərəst silahlı qruplaşmalar üçün baza kimi istifadə olunur.

“Son illərdə o, dəfələrlə İsrailə aid edilən hücumların hədəfinə çevrilib”, – nəşrin jurnalistləri qeyd edirlər.

Mənbə: A Haber