Kanada ABŞ-ın tariflərini ölkənin mövcudluğu üçün təhlükə adlandırırbackend

ABŞ-ın tarifləri tətbiq etməsi Kanadanın varlığını təhdid edir.

Bunu ölkənin xarici işlər naziri Melani Coli Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, Kanada iqtisadiyyat baxımından ABŞ-dan çox asılıdır.

“25% tariflər Kanada üçün mövcud təhlükədir. Çünki bu, Kanadada itiriləcək yüz minlərlə işə təsir edəcək”, – deyə ölkənin xarici işlər naziri bildirib.