Misli Premyer Liqasının XXIII turunda “Kəpəz” “Şamaxı” ilə heç-heçəyə razılaşıb.
İctimai.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan matçda tərəflər hərəyə 1 dəfə fərqləniblər.
Hesabı 49-cu dəqiqədə qonaq komandanın heyətində penalti zərbəsindən Brahim Konate açıb. 5 dəqiqə sonra qarşılaşmanın yekun nəticəsini müəyyənləşdirən qol vurulub. Rüfət Abbasovun avtoqolu gəncəlilərə 1 xal qazandırıb.
“Kəpəz” 19 xalla 9-cu yerdə qərarlaşıb. Bir pillə yuxarıda olan “Şamaxı”nın 21 xalı var.