İki çəki dərəcəsində Ultimate Fighting Championship (UFC) çempionu olmuş Konor Makqreqoru İrlandiyada cinayət təqibi gözləyir.
Bu barədə “Irish Independent” məlumat yayıb.
İdmançı nifrətin qızışdırılmasına görə yeddi ilədək həbs cəzası ala bilər. Bildirilir ki, İrlandiyanın Dövlət Prokurorluğunun direktoru Makqreqorun 2023-cü ilin noyabrında Dublində baş verən iğtişaşlardan bir gün əvvəl dərc edilmiş sosial şəbəkələrdəki paylaşımlarını araşdırıb. Miqrantlarla bağlı çıxışlar nifrət doğura və mitinqlərin yayılmasına töhfə verə bilər.
Martın 20-də Makqreqor 2025-ci ildə keçiriləcək növbəti seçkilərdə İrlandiya prezidentliyinə namizədliyini irəli sürəcəyini bəyan edib.Qırıcı İrlandiyada miqrantların qatı əleyhdarıdır və hətta bu yaxınlarda bu məsələ ilə bağlı ABŞ prezidenti Donald Trampla görüşüb. Orada Makqreqor ölkəsinin hökumətini qeyri-qanuni miqrasiyanı təşviq etdiyinə görə tənqid edib.