Cənubi Koreyadan olan müğənni plastik əməliyyata 75 min dollar xərcləyib və görünüşünü tamamilə dəyişib, Oddity Central yazır. O, əmindir ki, bu, onun populyar olmasına kömək edəcək.
Cənubi Koreyalı gənc müğənni Park Seo Jin plastik əməliyyatın xərcləri ilə bağlı açıqlaması ilə pərəstişkarlarını heyran edib. Bir əyləncə şousunda o, xarici görünüşünü yaxşılaşdırmaq üçün təxminən 75 min dollar xərclədiyini söylədi. Sənətçi vurğuladı ki, dəyişməz qalan tək şey qulaqları və göz bəbəkləridir.
Park burun, göz və diş əməliyyatları, eləcə də saç transplantasiyası da daxil olmaqla çoxsaylı prosedurlardan keçib. Müğənni izah edib ki, hər bir prosedur elə planlaşdırılıb ki, yeni görünüşə keçid təbii görünür və köhnə ilə yeni görünüş arasında kəskin ziddiyyət yoxdur.