“Lada Niva Travel” markalı avtomobillərdə ciddi problem aşkarlanıbbackend

Rusiyanın avtomobil istehsalçısı AvtoVAZ Lada Niva Travel yolsuzluq avtomobilləri üçün servis kampaniyası keçirir.

Bu barədə “Lada.Online” portalı məlumat yayıb.

Avtomobillərin əyləc sistemində problem olduğu müəyyən edilib.

“Siyahıdakı yolsuzluq avtomobilinin sahibi Lada avto mərkəzinə müraciət edərsə, onun avtomobilində əyləc idarəetmə qolunu dəyişdirmək lazımdır. Avtomərkəz menecerlərindən birinin sözlərinə görə, yeni rıçaq daha etibarlıdır”, – portal yazır.

Qeyd olunur ki, avtomobil sahibləri üçün bütün işlər pulsuz həyata keçiriləcək.