Ledi Qaqa “Qremmi 2025″də yeni Abracadabra mahnısını oxuyubbackend

Amerikalı müğənni, bəstəkar və aktrisa Ledi Qaqa 2025-ci il Qremmi Mükafatlarında yeni mahnısını təqdim edib.

Ulduz qarşıdan gələn Mayhem albomundan yeni mahnısı Abracadabra təqdim edib.

2025-ci il Qremmi Mükafatlarının təqdimetmə mərasimi Los-Ancelesdə keçirilir. Keçən ildən bəri əsas nominasiyaların sayı altıya çatdırılıb: İlin albomu, İlin mahnısı, İlin rekordu, Ən yaxşı yeni ifaçı, ən yaxşı prodüser, ən yaxşı bəstəkar.