Mbappenin dişi pis şəkildə çıxarılıbbackend

“Real Madrid”in hücumçusu Kilian Mbappe diş çıxardıqdan sonra ağrılar səbəbindən növbəti matçı buraxacaq.

Bu barədə “qaymaqlılar”ın mətbuat xidməti məlumat yayıb.

Fransız forvard Kral Kubokunun yarımfinalında “Real Sosyedad”a qarşı keçiriləcək oyunda mürəkkəb diş çəkilməsi nəticəsində yaranan ağrı səbəbindən klubun heyətindən kənarda qalıb. Madrid komandasının baş məşqçisi Karlo Ançelotti 26 yaşlı futbolçuya istirahət vermək qərarına gəlib.