Meksika klubu reqlamentə görə dünya çempionatından kənarlaşdırılıbbackend

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) Meksikanın “Leon” klubunu Klublararası Dünya Çempionatında iştirakdan kənarlaşdırıb.

Bu barədə məlumat təşkilatın rəsmi saytında yer alıb.

Leon və turnirin digər iştirakçısı Paçuka eyni şirkətə məxsus olduğu üçün bu qərar qəbul edilib. Reqlamentə əsasən, eyni mülkiyyətçiyə və ya hüquqi şəxsə məxsus klublar çempionatda iştirak edə bilməz.

Klublararası dünya çempionatı 2025-ci il iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək.