Mercedes-Benz şirkəti Berlindəki zavodunda insanabənzər robotlardan istifadə etməyə başlayıbbackend

Avtomobil istehsalçısı Mercedes-Benz Berlindəki zavodunda Amerikanın Applonik şirkətinin insanabənzər robotlarını sınaqdan keçirməyə başlayıb.

Bu barədə carscoops.com məlumat yayıb.

Qeyd olunur ki, Apollo robotları daxili logistika üçün istifadə olunur. Onlar hissələri istehsal xəttinə aparır, orada işçilər onları maşınlara quraşdırırlar. Robotlar komponentlərdə ilkin keyfiyyət yoxlamalarını həyata keçirmək üçün də istifadə edilə bilər.

Həmçinin, Apollo robotları enerji mənbəyinə qoşularaq özlərini doldura bilirlər.

Bundan əvvəl Dongfeng və Ubtech Technology avtomobil konveyer xəttində işləmək üçün insanabənzər robotlardan istifadə etmək üçün müqavilə imzalamışdı.