“Neftçi”nin kapitanından transfer iddialarına cavabbackend

Ötən gün “Neftçi”nin və Azərbaycan millisinin futbolçusu Emin Mahmudovun transferi ilə bağlı şaiyələr gündəmi zəbt edib.

Corner.az məsələyə aydınlıq gətirmək üçün “flaqmanlar”ın kapitanı  Emin Mahmudovla danışıb. Mahmudov heç bir kluba transfer olmadığını deyərək, yayılan xəbərləri təkzib etdi:

“Belə bir məsələ gündəmdə deyil. Heç bir klubla transferlə bağlı danışmamışam. Nəinki “Tecon Xana Sitizen”, başqa bir kluba keçməyim gündəmdə ola bilməz. Yayılan xəbərlər yalandır”, – deyə futbolçu qeyd edib.

Qeyd edək ki, 31 yaşlı futbolçunun Cənubi Koreyanın “Tecon Xana Sitizen” klubuyla anlaşdığı iddia edilirdi.

Corner.az-ın digər suallarına cavab verməkdən imtina edən Emin Mahmudov bildirib ki, ölkə kubokuna kimi heç nə danışmaq istəmir.