Norveçli xizəkçi Endre Strömsheim NRK telekanalına müsahibəsində Rusiya idmançılarını 2026-cı il Olimpiya Oyunlarında görmək istəmədiyini bildirib.
Onun sözlərinə görə, 2026-cı il Olimpiya Oyunlarında iştirak etmək potensialı olan idmançıları sınaqdan keçirən Rusiyanın antidopinq sisteminə dünyada heç kim inanmır.
“Rusiyanın antidopinq sisteminə inanan avropalıların olduğunu düşünmürəm, bu, tamamilə çılğın bir vəziyyətdir. Rusların Oyunlarda iştirakına icazə verilsəydi, BOK tərəfindən böyük səhv olardı”, – Strömsheim bildirib.
27 sentyabr 2024-cü il tarixində məlum olub ki, Beynəlxalq Xizək Federasiyası (FIS) Rusiya idmançılarının 2022-ci ildən bəri davam edən yarışlardan kənarlaşdırılmasını uzadıb. Rusiyalı xizəkçilər 2021/22 beynəlxalq mövsümünü başa vura bilməyiblər.