Ukraynanın cənubundakı Odessada güclü partlayışlar baş verib. Bu barədə “Public” nəşri məlumat yayıb.
Hazırda hadisənin təfərrüatları məlum deyil. Odessa vilayətində hava hücumu xəbərdarlığı elan edilib.
Bundan əvvəl Xerson vilayətinin Ukraynanın nəzarətində olan hissəsində partlayışlar nəticəsində quşçuluq fermasına ziyan dəyib.
Mənbə: Public














