Paralimpiya Oyunları: Azərbaycan daha iki qızıl medalı qazandıbackend

Azərbaycan Tokio Yay Paralimpiya Oyunlarında daha 2 qızıl medal qazanıb.

Tokio Yay Paralimpiya Oyunlarında Azərbaycan üçün son gündür.

İctimai.az-ın xəbərinə görə, 400 metr məsafəyə qaçışın final mərhələsində Lamiyə Vəliyeva və Yuliya Yanovskaya mübarizə aparıb.

Lamiyə 55 saniyəyə finişə çatmaqla həm doqquz illik Paralimpiya rekordunu qırıb (əvvəl bu rekord 2012-ci ilin sentyabrın 3-dən kubalı Omara Durand Elyasa aid idi – S.M.), həm də özünün ikinci, Azərbaycanın isə 13-cü qızıl medalını qazanıb.

Uzunluğa tullanmada Orxan Aslanov (T13 kateqoriyası) altı cəhdindən üçüncüdə 7.36 metr məsafəyə nəticə göstərib.

Bununla da o, səkkiz iştirakçı arasında hamıdan ən çox uzunluğa tullanan atlet olub. Bu nəticə ilə o, area rekordunu yeniləyib və Azərbaycana 14-cü qızıl medalı qazandırıb.

Qeyd edək ki, bu nəticədən sonra Azərbaycan medal sıralamasında İtaliyanı keçərək 9-cu sıraya qalxıb.

Beləliklə, Azərbaycanın 34 idmançısının iştirak etdiyi Tokio Yay Paralimpiya Oyunları ölkəmiz üçün başa çatıb. Paralimpiya komandamız Olimpiya komandamızdan fərqli olaraq, Yaponiyanın paytaxtında uğurlu çıxış edərək 14 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.