Paris AI sammitinə ev sahibliyi edəcəkbackend

Süni intellektin inkişafına həsr olunmuş sammit fevralın 10-u və 11-də Parisdəki Grand Palais sərgi mərkəzində baş tutacaq.

Bu barədə RFI radiostansiyası məlumat yayıb.

“Bu, ABŞ Prezidenti Donald Trampın 500 milyard dollarlıq büdcəsi ilə elan etdiyi “StarGate” layihəsinə “cavab” olur ki, Fransa 100-dən çox ölkədən nümayəndələr və min iştirakçı – dünya liderləri, texnologiya nəhəngləri və tanınmış elm adamlarını – əxlaq və beynəlxalq qaydalara əsaslanan süni intellekt inkişafı üçün alternativ yol təklif edir”.

Həmsədrlər Fransa prezidenti Emmanuel Makron və Hindistanın baş naziri Narendra Modi olacaq. Xarici dövlətlərin rəhbərlərinin iştirakı ilə plenar iclas fevralın 11-də keçiriləcək. Foruma Rusiya Federasiyasının nümayəndələri dəvət olunmayıb.