Polşa Belarusla sərhəddə “Kremlin diktəsi ilə” təxribatlar gözləyirbackend

Polşa Müdafiə Nazirliyi ölkə prezidentinin seçki kampaniyasının başlaması fonunda Belarusla sərhəddə təxribatların sayının artacağını gözləyir.

Bu barədə Polşa müdafiə nazirinin müavini Pavel Zalevski RMF FM radiostansiyasının efirində bildirib.

O, iddia edir ki, guya Kremlin diktəsi ilə Minsk bir neçə ildir ki, Aİ sərhədində təzyiq göstərmək üçün miqrantlardan istifadə edir. Onun sözlərinə görə, hətta miqrasiya təzyiqinin indiki azalması da Polşa xidmətlərinin sayıqlığını səngitməyə və Polşada daxili siyasi proseslərə müdaxilə etməyə yönəlmiş daha geniş təxribatın tərkib hissəsidir.

“Gözləyirəm ki, qarşıdakı aylarda prezident seçkiləri kampaniyası zamanı bu təxribatlar artacaq. “Mənim heç bir şübhəm yoxdur” dedi Zalevski.